SON XƏBƏRLƏR

Təbrizli dağçı Nepalda itkin düşüb

2026.01.20, 13:36
Təbrizli dağçı Nepalda itkin düşüb

Tanınmış təbrizli dağçı Əbülfəz Gözəli Nepalın Makalo zirvəsində itkin düşüb.

Gunaz.tv

Bu barədə idman mediası məlumat yayıb.

Məlumata görə, o, ötən həftə 4 nəfərlik heyət tərkibində çətin qış dırmanışından sonra 8481 metr hündürlüyü olan Makalo zirvəsinə qalxıb.

Əbülfəz Gözəlinin nepallı bələdçisi zirvədən qayıdan zaman uçurumdan yıxıldığı üçün, başqa iki bələdçi onu axtarmağa gediblər.

Bələdçinin neçə yüz metr aşağı yuvarlanaraq öldüyünü görəndən sonra onlar geri qayıtdıqları zaman təbrizli idmançını tapa bilməyiblər.

Hadisənin üsyündən 5 gün keçməsinə baxmayaraq, Əbülfəz Gözəlinin xilas edilməsi üçün başdılan axtarışlar nəticəsiz qalıb.

Qeyd edək ki, Təbrizin "K2" alpinizm klubunun başçısı olan Gözəli, dünyanın 7 min metrdən hüdür 10 zirvəsinə dırmandığı üçün beynəlxalq "Qar qaplanı" dərəcəsini alıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar