SON XƏBƏRLƏR

İranda ölənlərin sayı 20 mindən çox ola bilər

2026.01.22, 18:51
İranda ölənlərin sayı 20 mindən çox ola bilər

İranda etirazların yatırılması zamanı həlak olan mülki şəxslərin sayının 20 mindən çox ola bilər.

Gunaz.tv

Bu barədə Mai Sato bildirib.

O, bu həftənin əvvəlində mülki şəxslərin ölümünün 5000 və ya daha çox olduğunu bildirib və əlavə edib ki, tibbi hesabatlara görə qurbanların sayı daha yüksək, təxminən 20000 və ya daha çox ola bilər.

Qeyd edək ki, İranın Milli Təhlükəsizlik Şurası çərşənbə günü ilk rəsmi rəqəmlərini açıqlayıb və ölən 3117 şəxsdən 2427-nin "günahsız" olduğunu bildirib. Bu rəqəmə rejim qüvvələri də daxildir.

Xatırladaq ki, İran rəsmi dairələri etirazçıları adətən "terrorçu", "ixtişaşçı", "üsyançı" kimi sifətlərlə adlandırır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar