SON XƏBƏRLƏR

Arifə Beygi, Qaşqay türkü, Zərinşəhr etirazlarında həyatını itirib

2026.01.24, 23:05
Arifə Beygi, Qaşqay türkü, Zərinşəhr etirazlarında həyatını itirib

Gunaz.tv

Qaşqay türkü olan etirazçı Arifə Beygi 10 yanvar 2026-cı ildə Zərinşəhr şəhərində keçirilən etiraz aksiyaları zamanı həyatını itirib. Yerli mənbələrin bildirdiyinə görə, o, təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı birbaşa atəşə məruz qalıb və aldığı güllə yarasından ölüb.

Qaşqay türk fəalları xəbəri təsdiqləyərək bildiriblər ki, Arifə Beygi etiraz aksiyalarında iştirak edən vətəndaşlardan biri olub və onun öldürülməsi İranda etirazçılara qarşı davam edən zorakı repressiyaların növbəti nümunəsidir.

Fəalların sözlərinə görə, hazırkı Qaşqay etirazları nə keçmişə qayıdış tələbi daşıyır, nə də mövcud vəziyyətin qəbul edilməsi anlamına gəlir. Onlar Qaşqay türklərinin tarix boyu repressiv hakimiyyətlərə qarşı mübarizə apardığını xatırladaraq bildirirlər ki, bu toplum Pəhləvi dövründə də təhlükəsizlik strukturlarına qarşı dirəniş göstərib və həmin dövrün repressiya simvolları sonradan xatirə məkanlarına və muzeylərə çevrilib.

Qaşqay fəalları vurğulayırlar ki, istənilən formada istibdadın yenidən istehsalı – istər dini hakimiyyət, istərsə də monarxiya adı altında – qəbuledilməzdir. Onların bildirdiyinə görə, əsas tələb ayrı-seçkilik və zorakılıq dövrəsinə son qoyulması, bütün vətəndaşlar üçün bərabər hüquqların təmin edilməsi, insan ləyaqətinin qorunması və etiraz etmək hüququnun tanınmasıdır.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar