SON XƏBƏRLƏR

İranda ərəblərə qarşı repressiyalar artıb

2026.01.27, 12:56
İranda ərəblərə qarşı repressiyalar artıb

İranda etiraz aksiyalarının yatırılmasından sonra ölkənin əksər bölgələri ilə eyni vaxtda Xuzistan əyalətində də ərəblərə qarşı repressiyalar şiddətlənib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatlarıməlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri xüsusən Xuzistan əyalətinin Əhvaz şəhərində evlərə hücum edərək axtarış aparır, yaralıları və aksiyalarda iştirakları ehtimal olunan şəxsləri həbs edir.

Yüzlərlə ərəb fəalın həbs olunduğu bildirilsə də, onlara qarşı hansı ittihamların irəli sürüldüyü və harada saxlanıldıqları barədə məlumat verilmir.

Bununla eyni vaxtda BMT-nin İranda İnsan Hüquqları ürə xüsusi məruzəçisi Mai Sato da yeni repressiya dalğasının başlamasından narahatlığını ifadə edən bəyanat yayıb.

"İrann hökumət məmurlarının xəstəxanalara hücum edərək yaralıları həbs etməsi barədə məlumatlar almışıq. Bu, beynəlxalq hüquqa əsasən səhiyyə xidmətlərinə çıxış hüququnun ciddi şəkildə pozulmasıdır",- xüsusi məruzəçi bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar