SON XƏBƏRLƏR

Körfəzdə “selfi müharibəsi”: İran PUA-sının ABŞ tərəfindən havada təqibi (Görüntü)

2026.01.29, 01:42
Körfəzdə “selfi müharibəsi”: İran PUA-sının ABŞ tərəfindən havada təqibi (Görüntü)

Hərbi texnologiyaların qarşıdurması Körfəz və Oman dənizi bölgəsində yenidən gündəmə gəlib.

Gunaz.tv

Son günlər yayımlanan videolarda İran hökumətinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) ABŞ-ın hərbi gəmiləri üzərində uçuş etdiyi görünür. Görüntülərə əsasən, İran PUA-sı keyfiyyətsiz çəkilişlə ABŞ donanmasına məxsus obyektləri, o cümlədən USS Abraham Lincoln aviadaşıyıcısını müşahidə etməyə çalışır.

Eyni zamanda ABŞ mənbələri bir hərbi helikopterin PUA-ya yaxınlaşaraq onun havadan görüntülərini qeydə aldığını bildirib. Sosial şəbəkə istifadəçiləri bu qarşıdurmanı ironik şəkildə paylaşaraq, iki tərəfin hərbi-texnoloji imkanları arasındakı fərqi vurğulayıblar.

İstifadəçilərin fikrincə, ABŞ istənilən an bu PUA-nı ən müdafiəsiz və xəbərsiz vəziyyətdə zərərsizləşdirə bilər.

Məlumatlara görə, Hörmüz boğazı və Oman dənizi yaxınlığında İran və ABŞ-ın hərbi uçuşlarında artım müşahidə olunur.

 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar