SON XƏBƏRLƏR

İran Ermənistandan inciyib

2026.01.29, 10:36
İran Ermənistandan inciyib

Son həftələrdə Ermənistanda yaşayan az sayda iranlı və Türkiyədən qovularaq İrəvana üz tutan bir qrup İran vətəndaşı ölkədə baş verən etirazlardan sonra dəfələrlə İrəvandakı İran səfirliyinin qarşısında qanunsuz aksiyalar keçirib və İslam Respublikasına və onun rəsmilərinə qarşı hörmətsizlik ediblər. 

Gunaz.tv

Bu İranın "Mehr" xəbər agentliyində yayımlanan məqalədə yazılıb.

"Ermənistan hökumətinin İranla münasibətləri gücləndirmək üçün bu əməkdaşlığa mane olan amillərə qarşı ciddi tədbirlər görməsi daha yaxşı olardı; əks halda, İrəvan əsl dostlarından birini incidəcək və onu özündən uzaqlaşdıracaq",- məqalədə bildirilib.

Məqalədə İrəvanda keçirilən aksiyada İran rəhbərinin təhqir edildiyi və Tehranın buna laqeyd qalmayacağı barədə xəbərdarlıq edilib.

İddia olunub ki, ABŞ-nin İrəvandakı səfirliyinin qarşısında oxşar aksiya keçirilsə idi Ermənistan hakimiyyəti buna ucazə verməzdi.

Yarım rəsmi "Mehr" agentliyi Ermənistanın "ikinci Ukrayna"ya çevriləcəyi ilə təhdid edib:

"Ermənistan hökuməti bu əməkdaşlığa mane olan amilləri ciddi şəkildə aradan qaldırmaqla və Ermənistanı daha bir Ukraynaya çevirmək niyyətində olan üçüncü ölkələrin nadinc məsləhətlərinə məhəl qoymamaqla İranla əlaqələri möhkəmləndirməsi daha yaxşı olardı. 
Əks halda, İrəvan əsl dostlarından birini incidəcək və özündən uzaqlaşdıracaq".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar