SON XƏBƏRLƏR

İran gəmisi Xəzərdə qəzaya uğradı

2026.01.29, 15:39
İran gəmisi Xəzərdə qəzaya uğradı

İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb.

Gunaz.tv

Bu barədə MNS məlumat yayıb.

Məlumata görə, "Kaspian Şiva" (Caspian Shiva) yük gəmisi Mahaçqala dəniz limanına gedərkən naməlum mənşəli zədə alıb. Sonra gəmi batmağa başlayıb, su sürətlə mühərrik otağına daxil olub.

Gəmidə 10 heyət üzvü var. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Pis hava şəraiti səbəbindən (Xəzər dənizində dalğalar hazırda 2 metr hündürlüyə çatır ) xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Rusiya dəniz limanlarının bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, yanvarın 14-də də İrandan Rusiyaya silah daşıyan "Rona" gəmisi Xəzər dənizində qəzaya uğramışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar