SON XƏBƏRLƏR

Çin İran sularına esmineslər göndərib

2026.01.30, 12:23
Çin İran sularına esmineslər göndərib

Çin ordusuna məxsus 055 və 052D tipli bir neçə ağır esmines Haynan bazasından İran sularına göndərilib.

Gunaz.tv

Bu barədə İranın "Bartarinha" xəbər saytı məlumat yayıb.

Bunun Bazar günündən başlayaraq İran, Çin və Rusiyanın birgə keçirəcəyi iki günlük hərbi dəniz təlimləri ilə bağlı olduğu bildirilib.

Bəzi ekspertlər isə bunu ABŞ donanmasının bölgədə olması ilə üst-üstə düşən bu hərəkəti, Pekinin Tehrana dəstəyinin nümunəsi hesab edirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Yaxın Şərqdə genişmiqyaslı hava təlimləri keçirməyi planlaşdırdığını açıqlamışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar