SON XƏBƏRLƏR

İran ordusu : İsrail və ABŞ-ın bölgədəki hərbi bazaları hədəf altındadır

2026.01.30, 14:03
İran ordusu : İsrail və ABŞ-ın bölgədəki hərbi bazaları hədəf altındadır

Gunaz.tv

Həftələrlə davam edən ehtiyatlı mövqe və səssizliyin ardından İran ordusu açıq və xəbərdaredici tonla çıxış edib.

İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmi-Niya dövlət televiziyasına açıqlamasında bildirib ki, İrana qarşı istənilən hərbi addım “məhdud və müvəqqəti” cavabla qarşılanmayacaq və Tehranın fikrincə, qısa və nəzarət olunan əməliyyat ssenarisi ciddi yanlış hesablamadır.

Əkrəmi-Niya dedi: «Əgər Donald Tramp və ya hər hansı başqa tərəf “sürətli bir əməliyyat” həyata keçirib bir neçə saat sonra onun bitdiyini elan edə biləcəyini düşünürsə, ciddi bir hesab səhvinə yol verir.»

O, birbaşa İsrailə və bölgədəki ABŞ hərbi bazalarına işarə edərək vurğulayıb ki, qarşıdurma baş verərsə, gərginliyin coğrafiyası bütün regiona yayılacaq — İsrailin nəzarətində olan ərazilərdən tutmuş ABŞ qüvvələri və hərbi obyektlərinə ev sahibliyi edən ölkələrədək.

Bu bəyanatlar son həftələrdə regionda artan gərginlik və daxili etirazlarla bağlı ordunun əsasən səssiz qalması fonunda səsləndirilib.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar