SON XƏBƏRLƏR

İran Tibb Təşkilatı təsdiq etdi - Həkimlər də həbs olunub

2026.01.30, 16:19
İran Tibb Təşkilatı təsdiq etdi - Həkimlər də həbs olunub

İran Tibb Təşkilatı yanvar ayındakı etirazların yatırılması zamanı bir sıra həkimlərin həbs olunduğunu təsdiqləyib, ancaq bu həbslərin səbəbləri barədə dəqiq statistikaya və ya aydın məlumata malik olmadığını bildirdi.

Gunaz.tv

Bu barədə "Xəbər online" saytı məlumat yayıb.

"Son etirazlarda, səbəbdən və insanların sayından asılı olmayaraq, bəzi həkimlər də həbs olunub",- tibb təşkilatının sosial və parlament işləri üzrə müavini Məhəmməd Mirxani bildirib.

O əlavə edib ki, həbs olunmuş həkimlər haqqında rəsmi və etibarlı hesabatlar və statistika asanlıqla əldə edilə bilmir və məlumatların əksəriyyəti həmkarları arasında qeyri-rəsmi söhbətlər vasitəsilə əldə edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar