SON XƏBƏRLƏR

Kremlində gizli görüş – Laricani və Putin bağlı qapılar arxasında məsləhətləşmələr apardı

2026.01.30, 23:30
Kremlində gizli görüş – Laricani və Putin bağlı qapılar arxasında məsləhətləşmələr apardı

Gunaz.tv

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin cümə günü, 10 bəhmən tarixində Kremlində İran hökumətinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb və danışıqlar aparıb.

İRNA xəbər agentliyinin Moskva­dakı səfir Kazım Cəlalinin sözlərinə istinadən yaydığı məlumata görə, danışıqların əsas mövzusu iki ölkə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi olub. Tərəflər eyni zamanda “mühüm regional və beynəlxalq məsələlər” ətrafında fikir mübadiləsi aparıblar.

Bu görüş İran hökuməti ilə ABŞ arasında gərginliyin artdığı bir vaxtda baş tutub və danışıqların məzmunu ilə bağlı əlavə detallar rəsmi olaraq açıqlanmayıb.

Görüşdən bir neçə saat əvvəl “Flightradar” sosial şəbəkə X hesabında İran hökumətinin yüksək vəzifəli rəsmilərinə məxsus xüsusi təyyarənin Rusiyaya doğru uçduğunu bildirib; qeyri-rəsmi mənbələr təyyarədə Əli Laricaninin olduğunu qeyd ediblər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar