SON XƏBƏRLƏR

İran qərb bölgəsində hərbi təlim keçirir

2026.01.31, 13:43
İran qərb bölgəsində hərbi təlim keçirir

ABŞ qüvvələrinin bölgəyə toplaşması ilə eyni vaxtda İran ordusu ölkənin qərb bölgəsində əvvəlcədən elan olunmamış hərbi təlimlərə başlayıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, bu gün İraqla sərhəddə yerləşən Kirmanşah əyalətinin Qəsr Şirin bölgəsində güclü partlayış səsləri eşidilib.

Qəsr Şirin rayonunun rəhbərliyi partlayış səslərinin ordunun təlimləri ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, SEPAH fevralın 1 və 2-də də körfəzdə hərbi təlimlər keçirməyi planlaşdırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar