SON XƏBƏRLƏR

Puya Qaşqayının cənazəsi başında anasının ürək dağlayan videosu yayılıb (Video)

2026.02.02, 13:20
Puya Qaşqayının cənazəsi başında anasının ürək dağlayan videosu yayılıb (Video)

Gunaz.tv

Son günlər sosial şəbəkələrdə yayılan, Türk Qaşqayı ananın oğlu Puya Qaşqayının cənazəsi üzərində söylədiyi oxşama geniş əks-səda doğurub. Video, son etirazlar zamanı İran hökumətinin təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində həyatını itirən gəncin ailəsinin yaşadığı dərin faciəni əks etdirir.

Bu oxşama, bir ananın övladının soyuq bədəni üzərində qopardığı sarsıdıcı fəryad kimi təqdim olunur.  O, Pəhləvi rejimi və İslam Respublikası tərəfindən məktəblərdə qadağan edilmiş, idarələrdə yadlaşdırılmış və mediada lağa qoyulmuş bir dildə ağlayır.

Məlumata görə, Puya Qaşqayı Müqəddəm, 30 yaşında, 9 Yanvartarixində İsfahanın Şəhriza şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin birbaşa atəşi ilə öldürülüb. Hadisədən sonra ailəsinə cənazənin verilməsi bir neçə gün gecikdirilib və yaxınları beş gün ərzində piki geri almağa çalışıblar.

Məlumatlarda qeyd olunur ki, son etirazlarda, xüsusilə Şiraz, İsfahan, Kərəc və Tehran şəhərlərində öldürülənlərin əhəmiyyətli hissəsini azərbaycanlı və qaşqayı türkləri təşkil edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar