SON XƏBƏRLƏR

WSJ: İranın silahlı qayıqları Hörmüz boğazında Amerika tankerini saxlamağa çalışıb

2026.02.03, 21:20
WSJ: İranın silahlı qayıqları Hörmüz boğazında Amerika tankerini saxlamağa çalışıb

"The Wall Street Journal" qəzetinin Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı günü silahlı İran qayıqları Hörmüz boğazında Amerika bayrağı altında üzən neft tankerini saxlamağa çalışıb.

Gunaz.tv

Hesabatda dəniz təhlükəsizliyi şirkəti Vanguard Tech-ə istinadən edilərək 50 kalibrli pulemyotlarla silahlanmış altı İran silahlı qayığının tankerə yaxınlaşaraq mühərriklərini söndürməsini və gəmiyə minməyə hazırlaşmağı əmr etdiyi bildirilib. Hesabatda deyilir ki, gəmi sürətini artırıb və daha sonra Amerika hərbi gəmisi tərəfindən müşayiət olunub.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları agentliyi Omanın təxminən 16 dəniz mili şimalında bir gəmi ilə bağlı insident barədə məlumat aldığını bildirib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar