SON XƏBƏRLƏR

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğu artırır; Vaşinqtondan İrana açıq mesaj

2026.02.05, 07:34
ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğu artırır; Vaşinqtondan İrana açıq mesaj

Gunaz.tv

ABŞ ordusu İranla artan gərginlik fonunda Yaxın Şərqin müxtəlif bölgələrində hərbi mövcudluğunu gücləndirib. Analitiklər bu addımı mümkün hərbi ssenarilərə hazırlıq kimi qiymətləndirirlər.

Fox News-un məlumatına görə, son günlər ABŞ bölgəyə əlavə hava və dəniz qüvvələri, həmçinin logistika infrastrukturu yerləşdirib. Planet Labs şirkətinin peyk görüntüləri bölgədə Amerika təyyarələri, hərbi gəmiləri və dəstək platformalarının geniş şəkildə yerləşdirildiyini göstərir.

Məlumata əsasən, USS Abraham Lincoln aviadaşıyıcı qrupunun Ərəb dənizində fəaliyyəti davam edir, eyni zamanda ABŞ esminesləri Aralıq dənizinin şərqində və Qırmızı dənizdə mövqelərini gücləndiriblər. Omanda Dükm hava limanında isə V-22 Osprey təyyarəsinin müşahidə edildiyi bildirilir.

Təhlilçilər bildirirlər ki, bu hərbi hərəkətlər dərhal hücum anlamına gəlməsə də, Vaşinqtonun diplomatik proseslə yanaşı hərbi variantı da aktiv saxladığını göstərir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar