SON XƏBƏRLƏR

İran Gürcüstanda ideoloj təbliğatını artırıb

2026.02.07, 13:46
İran Gürcüstanda ideoloj təbliğatını artırıb

İran hökumətinə bağlı siyasi-ideoloji mərkəzlər din adı altında təxribatçılıq fəaliyyətlərini davam etdirirlər.

Gunaz.tv

Bu qəbildən olan fəliyyətlər həm də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aparılır.

Yerli mənbələrin verdiyi məlumata görə, dünən fevralın 6-da Marneuli mərkəzi "İmam Əli" məscidində cümə namazı zamanı İranın rəhbəri Ayətullah Əli Xaməneiyə dəstək ifadə olunub.

Qumda yerləşən dini-ideoloji mərkəzlərə bağlılığı ilə tanınan Hacı Hacıyev dini mərasimə aidiyyatı olmayan siyasi çıxış edərək Xaməneiyə dəstək ifadə edib.

Bununla yanaşı məscidin daxilində Xaməninin böyük posteri yerləşdirilib, cümə namazına gələn inanclılara onun afişaları paylanıb.

Yerli mənbələrin bildirdiyinə görə, Gücüstan Respublikasının əlaqədar dövlət qurumlarının siyasi-ideoloji təbliğat və təxribata laqeyd yanaşması vətəndaşlar arasında təəccüblə qarşılaşıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar