SON XƏBƏRLƏR

Təbriz Universitetinin əczaçılıq tələbəsi Selin Radmehr həbs edilib

2026.02.10, 14:26
Təbriz Universitetinin əczaçılıq tələbəsi Selin Radmehr həbs edilib

Təbriz Universitetinin əczaçılıq tələbəsi olan 24 yaşlı Selin Radmehr 8 fevral bazar günü səhər evində İnqilab Keşikçilərinin kəşfiyyat qüvvələri tərəfindən həbs edilib.

Gunaz.tv

Onun vəziyyəti və ya harada olması barədə hələlik heç bir məlumat yoxdur.

Məlumatlara görə, zabitlər həbs zamanı onun mobil telefonunu və MacBook-unu da müsadirə ediblər.

Selin Radmehr əvvəllər 9 yanvarda həbs edilmiş və iki gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. Həmin qısa həbs zamanı o, "rejimə qarşı təbliğat aparmaqda" ittiham olunub.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar