SON XƏBƏRLƏR

İranın korrupsiya üzrə reytinqi açıqlandı

2026.02.10, 17:49
İranın korrupsiya üzrə reytinqi açıqlandı

2025-ci ildə ölkələrin Korrupsiya İndeksi reytinqinin nəticələrinə əsasən İran 182 ölkə arasında 153-cü yerdə qərarlaşıb.

Gunaz.tv

Bu barədə Beynəlxalq Şəffaflıq Təşkilatı hesabat yayıb.

"İran ötən illə müqayisədə bir pillə geriləyərək 23 xalla 153-cü yerdə qərarlaşıb və bu siyahıda Pakistan və İraq ölkələri İrandan daha yaxşı yer tutublar",- hesabatda bildirilib.

Qeyd edilib ki, bu nəticə ilə də İran son on ildə korrupsiya indeksinə görə ən pis pillədə qərarlaşıb.

Hesabata görə, İrandan sonra Çad, Honduras, Qvineya-Bisau, Mozambik, Kamboca, Komor adaları, Konqo Xalq Respublikası, Bruney, Haiti, Myanma, Sudan, Cənubi Sudan, Eritreya, Nikaraqua və Liviya da daxil olmaqla yalnız 26 ölkə gəlir.

İrandan daha yüksək sıralarda yer alan qonşu və regional ölkələr siyahısına İraq, Qırğızıstan, Pakistan, Misir, Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Küveyt, Ermənistan, İordaniya, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İsrail daxildir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar