SON XƏBƏRLƏR

ABŞ-ın İordaniyada hərbi gücünü artırması – Tehrana yeni mesaj?

2026.02.11, 16:42
ABŞ-ın İordaniyada hərbi gücünü artırması – Tehrana yeni mesaj?

Gunaz.tv

Peyk görüntüləri ABŞ-ın İordaniyadakı hərbi bazalarından birində iştirakını artırdığını göstərir. Məlumata görə, azı 12 ədəd F-15E hücum təyyarəsi “Müvəffəq əs-Salti” aviabazasında yerləşdirilib.

ABŞ-ın keçmiş və hazırkı rəsmiləri “Washington Post”a bildiriblər ki, bu yerləşdirmə ötən il İranın nüvə proqramına qarşı keçirilən əməliyyat miqyasında deyil. Lakin bu addım Vaşinqtonun mümkün hərbi variantlara hazırlaşdığını göstərir.

ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq üzrə keçmiş rəsmisi Dana Stroul deyib ki, görülən işlər prezidentin göstərişi olacağı təqdirdə daha genişmiqyaslı hücum variantlarını mümkün etmək üçün hazırlıq xarakteri daşıyır.

Gərginliyin davam etdiyi bir vaxtda bölgədə ABŞ qüvvələrinin hərəkəti diqqətlə izlənilir.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar