SON XƏBƏRLƏR

İran diplomatları milyonlarla dolları Beyrut vasitəsilə “Hizbullah”a transfer edib

2026.02.11, 21:18
İran diplomatları milyonlarla dolları Beyrut vasitəsilə “Hizbullah”a transfer edib

Gunaz.tv

Yayılan məlumatlara görə, altı iranlı diplomat son aylarda diplomatik pasportlardan istifadə edərək və yoxlamalardan yayınaraq çamadanlarla böyük məbləğdə nağd pulu kommersiya reysləri ilə Beyruta aparıb.

Bildirilir ki, vəsait “Hizbullah”ın maliyyə və əməliyyat imkanlarını bərpa etmək üçün göndərilib. Hesabatda qeyd olunur: “Nağd pul göndərişləri Hizbullahın kəskin maliyyə çətinliyi ilə üzləşdiyi bir vaxta təsadüf edir” və qrupun “öz əməliyyatçılarına ödəniş etməkdə çətinlik çəkdiyi” iddia olunur.

Adları hallanan şəxslər arasında İranın keçmiş səfiri Məhəmməd İbrahim Taherian-Fərd də var. Onun yanvarın 8-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə birlikdə Beyruta uçarkən “içərisi dollarla dolu çamadan apardığı və diplomatik toxunulmazlığa arxayın olduğu” iddia edilir.

Məlumatda həmçinin oktyabr ayında Beyruta səfər edən Əli Laricaninin də böyük məbləğdə nağd vəsait daşıdığı irəli sürülür. İddialar rəsmi Tehran tərəfindən təsdiqlənməyib.

 

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar