SON XƏBƏRLƏR

Milli fəallar təkadamlıq kameralara salınıb

2026.02.17, 12:36
Milli fəallar təkadamlıq kameralara salınıb

Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərində yaşayan təqaüdə oan müəllim və milli fəal Calal Küdürlü və tanınmış sosioloq və mədəni fəal Arəş Kəhbur təkadamlıq kameralara salınıblar.

Gunaz.tv

Bu barədə Calal küdürlü ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

O, Qərbi Azərbaycan əyalətinin Baş Kəşfiyyat İdarəsinin Urmiya şəhərindəki təcridxanasında saxlanıldıqlarını bildirib.

Qeyd edək ki, Arş Kəhbur fevralın 14-də, Calal Küdürlü isə fevralın 15-də həbs ediliblər.

Onların həbs səbəbi barədə açıqlama verilməyib.

Hər iki fəal bundan əvvəl də dinc fəaliyyətlərinə görə təqib və təzyiqlərə məz qalıblar.

Təqaüdçü müəllim C.Küdürlü, ürək-damar və şəkər xəstəliklərindən əziyyət çəkdiyi üçün, ailəsi onun həyatının təhlükədə olduğunu bildirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar