SON XƏBƏRLƏR

İranın nüvə proqramının tam ləğvi ilə bağlı fikir ayrılığı davam edir

2026.02.18, 00:10
İranın nüvə proqramının tam ləğvi ilə bağlı fikir ayrılığı davam edir

Gunaz.tv

Cenevrədə keçirilən son nüvə danışıqlarına baxmayaraq, İran və ABŞ arasında əsas fikir ayrılığı İranın nüvə proqramının tamamilə ləğv edilməsi məsələsi üzrə qalmaqdadır. ABŞ rəsmiləri bildirirlər ki, mümkün razılaşma uranın zənginləşdirilməsinin dayandırılmasını, nüvə infrastrukturunun sökülməsini və uzunmüddətli məhdudiyyətləri əhatə etməlidir.

İran rəhbərliyi isə nüvə proqramının tam dayandırılmasının müzakirə mövzusu olmadığını vurğulayır. Əli Xamenei bəyan edib ki, əgər danışıqların məqsədi İranı nüvə enerjisindən məhrum etməkdirsə, belə halda danışıqlara yer qalmır.

Mövqelər arasındakı bu kəskin fərq göstərir ki, Tehran və Vaşinqton arasında əsas maneə hələ də İranın nüvə imkanlarının saxlanılması və ya tam ləğvi məsələsidir.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar