SON XƏBƏRLƏR

İranda müəllim çatışmazlığı - Mollalar işə götürülür

2026.02.18, 09:49
İranda müəllim çatışmazlığı - Mollalar işə götürülür

İranda müəllim çatışmazlığı problemini aradan qaldırmaq üçün bu il 10 minə yaxın təqaüdə çıxmış müəllim işə götürüləcək.

Gunaz.tv

Bu barədə İran parlamenti təklif olunan planı təsdiq edib.

Məlumata görə, bununla yanaşı "Əmin planı" çərçivəsində din xadimlərinin də təhsil sahəsinə cəlb olunacağı nəzərdə tutulub.

Bundan əvvəl 2023-cü ildə də məktəblərdə ideolojik təbliğatın genişləndirilməsi üçün mollaların sayının artırılması barədə qərar verilib.

Qeyd edək ki, bundan öncə İran Təhsil Nazirliyi ölkədə 40 mindən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.

Müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülmələri təhsil işçilərinin narazılığı ilə qarşılaşıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar