SON XƏBƏRLƏR

Eksklüziv | İsrail Xameneinin aradan götürülməsi planına hazırlaşır

2026.02.18, 23:48
Eksklüziv | İsrail Xameneinin aradan götürülməsi planına hazırlaşır

Axios-un yazdığına görə, iki israilli rəsmi Təl-Əvivin qarşıdakı bir neçə gün ərzində müharibə ssenarisinin başlanması ehtimalına hazırlaşdığını bildirib. 

Gunaz.tv

Mənbələrin sözlərinə görə, hədəf yalnız İranın nüvə proqramı deyil, həmçinin raket infrastrukturu və hakimiyyətə bağlı əsas güc mərkəzləri də mümkün hədəflər siyahısındadır.

Qiymətləndirmələrə əsasən, əməliyyat başlanarsa, hücumların miqyası əvvəlki qarşıdurmalardan daha geniş ola və Tehranın təhlükəsizlik və hərbi strukturunu birbaşa hədəfə ala bilər.

ABŞ ictimaiyyətinin diqqəti əsasən daxili məsələlərə yönəldiyi bir vaxtda, bölgədə hərbi hərəkətlilik sürətlə artır.

Son proseslər göstərir ki, Təl-Əviv və Vaşinqton məhdud zərbədən daha genişmiqyaslı ssenari üzrə koordinasiya aparır.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar