SON XƏBƏRLƏR

İranda 10 mindən çox etirazçıya ittiham irəli sürülüb

2026.02.19, 10:03
İranda 10 mindən çox etirazçıya ittiham irəli sürülüb

Yanvar ayında ölkədə baş verən etiraz aksiyalarında 21 şəhərdə dövlət və ümumi əmlaka 10 trilyon tümən (62 milyon dollar) ziyan dəyib.

Gunaz.tv

Bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir deyib.

O, etirazlar zamanı 414 dövlət binası, 749 polis bölməsi, 750 bank şöbəsi, 600 bankomat, 300 ev, 700 mağaza, 800 şəxsi avtomobil, 305 avtobus və ambulans, 50 yanğınsöndürən maşın, 253 avtobus dayanacağı və 350 məscidə müxtəlif dərəcələrdə xəsarət yetirildiyini bildirib.

 Cahangirin sözlərinə görə, indiyə qədər 10.538 nəfər barəsində ittiham irəli sürülüb, 8.843 ittiham aktı tərtib edilib və minlərlə digər iş baxılma mərhələsindədir. 

Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatlarına görə, yanvar etirazları və ondan sonrakı dövrdə 50 mindən çox insan həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar