SON XƏBƏRLƏR

Urmunun tarixi cümə məscidi acınacaqlı vəziyyətdədir

2026.02.19, 15:06
Urmunun tarixi cümə məscidi acınacaqlı vəziyyətdədir

Urmu şəhərinin tarixi cümə məscidinin bərpası və təmiri üçün ümumilikdə 60 milyard tümən (350 min dollar) vəsait lazımdır.

Gunaz.tv

Bunu Qərbi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatının başçısının müavini Davud Fərazi deyib.

O, tarixi abidənin YUNESKO tərəfindən qeydə alınması istiqamətində işlər aparıldığını, bərpa plunmayacağı və sonradan edilən qanunsuz əlavələrin ləğv olunmayacağı təqdirdə isə qeydiyyat məsələsinə xitam veriləcəyini bildirib.

Qeyd edək ki, 12-ci əsr Səlcuq dövrüə aid cümə məscidi, özünün möhtəşəm gəctəraşlıq mehrabı, 11,5 metr diametrli günbəzi və Elxanilər dövründə əlavə edilmiş zəngin bədii bəzəkləri ilə seçilən, bir neçə mərhələdə formalaşmış unikal ibadət kompleksidir. 

Abidə 1935-ci ildə İran milli əsərləri siyahısına salınıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar