SON XƏBƏRLƏR

Rza Pəhləvi və İran mərkəzçiliyi | Güney Azərbaycan üçün çıxış yolu istiqlaldır

2026.02.21, 06:03
Rza Pəhləvi və İran mərkəzçiliyi | Güney Azərbaycan üçün çıxış yolu istiqlaldır

Gunaz.tv

Son günlər Rza Pəhləvi və onun tərəfdarlarının çıxışları yenidən müzakirə olunur. Amma Güney Azərbaycanda məsələ təkcə bir siyasi fiqurun sözləri deyil. Problem daha dərindir — problem İran adlı dövlətin dəyişməyən mərkəzçi mahiyyətidir.

Yayılan çıxışlardan birində Rza Pəhləvinin “Məni qəbul etməyən demokratiyaya inanmır” məzmunlu fikri geniş reaksiyaya səbəb olub. 

“Məni qəbul etməyən demokratiyaya inanmır” məzmunlu yanaşma bir həqiqəti göstərir: fərqli düşüncəyə yer olmayan sistemin adı dəyişə bilər, ruhu dəyişmir. Dünən dini mərkəzçilik vardı, bu gün monarxiya mərkəzçiliyi təklif olunur. Güney Azərbaycan üçün isə hər iki model eyni nəticəni doğurur — kimliyin sıxışdırılması.

Digər müzakirə mövzusu isə milli fəallara qarşı işlədilən “pantürk” damğasıdır. “Pantürk” damğası illərdir türk kimliyini müdafiə edənlərə qarşı istifadə olunur. Ana dilində təhsil istəmək, milli haqları tələb etmək, iqtisadi ədalət istəmək radikalizm kimi təqdim edilir. Bu yanaşma dəyişmədiyi müddətdə hansı hakimiyyətin Tehranda olması fərq etmir.

Güney Azərbaycan üçün əsas məsələ hakimiyyət dəyişikliyi deyil. Tarixi təcrübə göstərib ki, istər dini rejim, istərsə də monarxiya modeli mərkəzçi düşüncəni qoruyarsa, Güney Azərbaycan yenə də kənarda qalacaq.

Artıq sual “hakimiyyət dəyişəcəkmi?” deyil. Sual budur: Güney Azərbaycan öz gələcəyini özü müəyyən edəcəkmi? Bu gün Güney Azərbaycanda yüksələn fikir aydındır: İstiqlal tarixi haqqdır.


GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar