SON XƏBƏRLƏR

ABŞ qırıcılarını İrana görə geri çəkdi

2026.02.21, 09:49
ABŞ qırıcılarını İrana görə geri çəkdi

ABŞ Norveçin şimalında keçirilməsi planlaşdırılan genişmiqyaslı NATO təlimində iştirak etmək üçün göndərdiyi bütün qırıcıları geri çəkib.

Gunaz.tv

Buna səbəb İranla gərginliyin artması göstərilir.

Norveç hökuməti ABŞ-ın mart ayında keçirilməsi planlaşdırılan NATO təlimləri ilə bağlı hərbi planlarını dəyişdirdiyini açıqlayıb.

Norveç Silahlı Qüvvələrinin polkovnik-leytenantı Espen Solemdal yerli mediaya verdiyi açıqlamada ABŞ-ın F-35 təyyarələrinin Norveçdə keçiriləcək təlimlərdə iştirak etməyəcəyini bildirib.

Solemdal qeyd edib ki, ABŞ təyyarələrinin olmaması təlimin gedişatına təsir edəcək.

Norveç mediası yazıb ki, ABŞ məhz İranla gərginlik səbəbindən döyüş təyyarələrini təlimdən geri çəkib. Oxşar vəziyyət 2025-ci ilin iyun ayında da baş verib. Bundan sonra ABŞ çoxsaylı beynəlxalq müqavilələrdən çıxıb.

Bu arada, Norveç Silahlı Qüvvələri qeyd edib ki, 2026-cı ilin mart ayında NATO-nun ölkəsinin iştirakı ilə keçirilməsi planlaşdırılan "Soyuq cavab" təlimi Norveçdə indiyə qədər ən böyük hərbi təlimlərdən biri olacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar