SON XƏBƏRLƏR

Bu gün Təbrizdə xəbərlər Azərbaycan türkcəsində paylaşılacaq (Video)

2026.02.21, 11:00
Bu gün Təbrizdə xəbərlər Azərbaycan türkcəsində paylaşılacaq (Video)

21 Fevral Beynəlxalq Ana Dili Günü Münasibətilə bu gün Təbrizin bir sıra elektron nəşrləri xəbər və yazılarını Azərbaycan türkcəsində paylaşacaqlar.

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

"Bildiyimiz kimi ana dili hər millətin əsas varlıqlarından biri sayılır və bu, hər bir şəxsin kimlik, kültür və şəxsiyyətində önəmli rol oynayır. Ana dilinin əhəmiyyəti ölkəmizdə artıq çoxlu insanlara aydın olub və onun daha artıq qorunmasına və gələcək nəslə ötürülməsinə önəm verilir",- Təbriz nəşri yazıb.

"Azərəncümən" Azərbaycan türkcəsinin İranda rəsmi şəkildə tədris edilməsinin vacibliyini bildirib:

"Ümid edirik ki, türk dili İranda bir təhsil dili kimi rəsmiyyət qazansın və bu vasitə ilə ölkə insanlarının yarısının ana dili qorunsun, türk dilinin beynəlmilləl əhəmiyyətini nəzərə alaraq, ölkənin ictimai və mədəni inkişafına yardımcı olsun!".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar