SON XƏBƏRLƏR

Bakıda Güney Azərbaycan mövzusu önə çıxdı – Folklorun rolu müzakirə edildi

2026.02.22, 15:41
Bakıda Güney Azərbaycan mövzusu önə çıxdı – Folklorun rolu müzakirə edildi

Gunaz.tv

2026-cı ilin elmi fəaliyyət planına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Güney Azərbaycan folklorunun Türkiyədə aparılan tədqiqatlarda tutduğu yerə həsr olunmuş elmi toplantı keçirilib.

Toplantıda professor Almaz Həsənqızı “Güney Azərbaycan folklorunun Türkiyədə tədqiqi (mühacirət elmi-nəzəri fikri kontekstində)” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, İranda ana dilində təhsil və nəşr imkanlarının məhdudlaşdırıldığı şəraitdə folklor Güney Azərbaycan türkləri üçün milli və mədəni kimliyin qorunmasının əsas vasitəsinə çevrilib.

Onun sözlərinə görə, aşıq yaradıcılığı, dastanlar, mərasim folkloru və bayatılar xalqın tarixi yaddaşının, sosial-mənəvi dəyərlərinin və etnik kimliyinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayıb.

Toplantıda həmçinin sovet dövründə Güney Azərbaycan mövzusuna siyasi həssaslıq səbəbindən məhdud yanaşıldığı qeyd olunub və bu istiqamətdə araşdırmaların əsasən mühacirət mühitində formalaşdığı vurğulanıb. Bu çərçivədə Məhəmmədəmin Rəsulzadə, Əhməd Cəfəroğlu və digər tədqiqatçıların Güney Azərbaycan folklorunun toplanması və elmi təhlili sahəsində gördüyü işlərə toxunulub.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar