SON XƏBƏRLƏR

ABŞ Konqresində İranla bağlı məxfi iclas keçirildi

2026.02.25, 08:03
ABŞ Konqresində İranla bağlı məxfi iclas keçirildi

ABŞ dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru prezidentin Konqresdə illik çıxışından bir neçə saat əvvəl İran məsələsi ilə bağlı Konqres rəhbərliyi ilə məxfi iclas keçiriblər.

Gunaz.tv

Amerika mediasının yaydığı məlumata görə, həmçinin Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən dövlət katibi Marko Rubio CIA direktoru Con Retklif ilə birlikdə çərşənbə axşamı günortadan sonra Konqresdə “Səkkizlik Qrupu” (Group of Eight) kimi tanınan üzvlərə İranla bağlı son vəziyyət barədə məlumat veriblər.

Qapalı keçirilən bu iclasın İranla bağlı qarşıdakı variantların və mümkün addımların müzakirəsi məqsədi daşıdığı bildirilib.

ABŞ ilə İran arasında danışıqların cümə axşamı yenidən başlanması planlaşdırılır. Ötən həftə Ağ Ev nümayəndələri İran tərəfi ilə danışıqlar aparsalar da, görüşlər konkret razılaşma ilə nəticələnməyib.

Bu məxfi iclas Vaşinqtonun Tehranla bağlı strategiyasını yenidən gözdən keçirdiyi həssas mərhələyə təsadüf edir.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar