SON XƏBƏRLƏR

İranda repressiyalar davam edir - Sato

2026.02.25, 14:39
İranda repressiyalar davam edir - Sato

İranda həbslər, küçələrdə təhlükəsizlik qüvvələrinin reydləri və vətəndaşların mobil telefonlarının yoxlanılması hələ də davam edir.

Gunaz.tv

Bunu BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato deyib.

"Bununla yanaşı təcridxanalarda bir sıra məhbusların ölümünə səbəb olan işgəncələr barədə də məlumatlar var",- o əlavə edib.

İspaniyanın “El Pais” qəzetinə müsahibə verən Mai Sato , etirazların İranın bütün əyalətlərinə yayıldığını və bütün sosial təbəqələri əhatə etdiyini söyləyib.

O, həmçinin bildirib ki, hökumət, öldürülən etirazçıların cəsədlərini ailələrinə qaytarmaq üçün onlardan bir neçə min dollar pul tələb edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar