SON XƏBƏRLƏR

Ermənistanın müdafiə naziri Laricani ilə görüşüb

2026.02.26, 12:26
Ermənistanın müdafiə naziri Laricani ilə görüşüb

Ermənistanın Müdafiə naziri Süren Papikyan fevralın 25-də Tehran-da İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

Gunaz.tv

Bu barədə Papikyan özünün sosial media səhifəsində yazıb:

“Fevralın 25-də İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ilə görüşdüm. Görüş zamanı regional təhlükəsizlik və sabitlik, həmçinin Ermənistan-İran ikitərəfli əməkdaşlığının gedişatı və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

İran ətrafında yaranan vəziyyətin diplomatik yolla həll edilməsinin zəruriliyini vurğuladım. Həmçinin Ermənistan və İran ətrafında formalaşan təhlükəsizlik mühitinə də toxunduq”.

Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Süren Papikyan rəsmi səfər çərçivəsində fevralın 23-də İrana gedib. Səfər zamanı Papikyan daha əvvəl İranın Müdafiə naziri, Silahlı qüvvələrin baş qərargah rəisi və Prezidenti ilə görüşüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar