SON XƏBƏRLƏR

Jerusalem Post-un hesabatı: “Siçanəli” və onun gizli hakimiyyət şəbəkəsi

2026.02.26, 21:11
Jerusalem Post-un hesabatı: “Siçanəli” və onun gizli hakimiyyət şəbəkəsi

Gunaz.tv

Jerusalem Post da “Mouse Ali” (“Siçanəli”) ifadəsini işlədib və yazıb ki, ali rəhbər Əli Xamenei-nin ictimaiyyət qarşısında olmaması onun əleyhdarları tərəfindən gülüş obyektinə çevrilmiş və Qərb mediasında qorxu əlaməti kimi təqdim olunmuşdur, lakin United Against Nuclear Iran təşkilatının yeni hesabatı göstərir ki, onun İran daxilindəki nəzarət şəbəkəsi nə qədər dərin və köklüdür.

26 fevral 2026-cı ildə yayımlanan məqalədə əvvəlcə Jerusalem Post-da “siçan və Xamenei-nin üzü”nün birləşdirilmiş şəkli yerləşdirilmişdi, lakin bir neçə saat sonra həmin şəkil Əli Xamenei-nin real fotosu ilə əvəz olunub (yuxarıda sol şəkil; məqalənin ilk saatlarında yayımlanan şəkilidi).

Jerusalem Post yazır ki, “Rəhbərlik evi” (Beyt-e Rahbari) strukturu sayəsində Əli Xamenei-nin səlahiyyətləri onun fiziki yoxluğunda belə qorunub saxlanılıb ki, bu da hakimiyyətin davamlılığını göstərir.

United Against Nuclear Iran bildirir ki, 86 yaşlı ayətullah təhlükəsiz bir sığınacaqda gizlənib; bu isə İran daxilində bəzi tənqidçilərin ona “Siçanəli” deyilməsinə səbəb olub. Lakin illərlə sadiq mollaların cəmiyyətin bütün sahələrinə yerləşdirilməsi onun nəzarəti qorumasına imkan verib.

Vaşinqtonda yerləşən bu ABŞ təşkilatı hesabatında nəticə çıxarır ki, Xamenei ətrafında qurulmuş hakimiyyət şəbəkəsi onun fiziki yoxluğunda belə səlahiyyət strukturlarını qorumağa qadirdir.

 

Əlaqəli Xəbər

«Siçanəli» ləqəbi universitet etirazlarının simvoluna çevrildi

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar