SON XƏBƏRLƏR

İraqlı silahlı qruplaşma bəyanat yaydı- İrana hücum olsa...

2026.02.27, 14:43
İraqlı silahlı qruplaşma bəyanat yaydı- İrana hücum olsa...

İraqda fəaliyyət götərən İrana bağlı “Kətaib Hizbullah” silahl qruplaşması ABŞ-ın İrana hücum edəcəyi təqdirdə mümkün uzunmüddətli qarşıdurmaya hazır olduğunu bəyan edib. 

Gunaz.tv

Bu barədə qruplaşmanın bəyanatında bildirilib.

Radikal qruplaşma nümayəndələri bildiriblər ki, regionda ABŞ-ın hərbi fəallığının artdığı şəraitdə onlar  ABŞ ordusuna qarşı  uzun sürəcək tükəndirmə müharibəsi ssenarisinə hazır olmalıdır.  

Qeyd edək ki, birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan şiə paramilitar qruplaşması 2003-cü ildə yaranıb.

İraqda İran hökumətinin təsirinin artması və qorunub saxlanılmasına xidmət edən qruplaşma üzvlərindən, İran daxilində etirazçılara qarşı da istifadə edilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar