SON XƏBƏRLƏR

İran zənginləşdirilmiş urandan imtina şərtini qəbul edib- Oman

2026.02.28, 09:39
İran zənginləşdirilmiş urandan imtina şərtini qəbul edib- Oman

İran ABŞ-la danışıqlarda bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb.

Gunaz.tv

Bunu Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busəidi "CBS" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu, Vaşinqtonun nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün Tehrana qarşı əsas tələblərindən biridir:

"Mövcud ehtiyatlara gəldikdə, inanıram ki, artıq onların mümkün olan minimum səviyyəyə - neytral, təbii səviyyəyə qədər emal ediləcəyi barədə razılığa gəlinib. Yəni, onlar yanacağa çevriləcək və bu yanacaq geri dönməz olacaq", - nazir bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar