SON XƏBƏRLƏR

BMT TŞ-nin təcili iclası çağırılsın - İran XİN

2026.02.28, 16:43
BMT TŞ-nin təcili iclası çağırılsın - İran XİN

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“İran Silahlı Qüvvələri qətiyyətlə və bütün qabiliyyəti ilə ölkəni müdafiə edir”, - Bəqai qeyd edib.

İran Xarici İşlər Nazirliyi, "BMT-nin bütün üzv dövlətləri ilə yanaşı, xüsusən də regional və İslam ölkələrini və Qoşulmama Hərəkatının üzvlərini" İsrail və Amerikanın İran rejiminin mövqelərinə hücumlarını pisləməyə çağırıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin çağırışı Tehranın Bəhreyn, Küveyt, BƏƏ, İordaniya və Qətər ərazisinə raket hücumları ilə eyni vaxta təsadüf edir.

Hələlik heç bir ölkə İslam Respublikasının tələbinə cavab verməyib. Digər tərəfdən, Səudiyyə Ərəbistanı İslam Respublikasının qonşu ölkələrə hücumlarını pisləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar