SON XƏBƏRLƏR

İddia: Xameneinin gəlini və kürəkəni öldürüldü

2026.02.28, 23:36
İddia: Xameneinin gəlini və kürəkəni öldürüldü

Gunaz.tv

Son saatlarda sosial şəbəkələrdə geniş şəkildə yayılan və təsdiqlənməmiş məlumatlara görə, Tehrana edilən son hücumlar zamanı İran rəhbərinin gəlini və kürəkəninin həlak olduğu iddia edilir.

Yayılan məlumatlarda bildirilir ki, Müctəba Xameneinin həyat yoldaşı Zəhra Həddad Adil və Xameneinin kürəkəni Misbahəddin Baqeri Kəni ABŞ və İsrailə aid edildiyi deyilən hava zərbələri nəticəsində öldürülüb. Sözügedən iddialar paytaxtın bir sıra həssas obyektlərinin hədəfə alınması barədə yayılan xəbərlərlə eyni vaxtda ortaya çıxıb.

Lakin xəbərin hazırlandığıana qədər İranın rəsmi media qurumları, o cümlədən hökumətə bağlı xəbər agentlikləri və dövlət televiziyası bu məlumatı təsdiqləməyib. Həmçinin rəsmi dairələr tərəfindən hər hansı açıqlama verilməyib.

Hazırda məlumatlar qeyri-rəsmi mənbələrə və sosial şəbəkə paylaşımlarına əsaslanır. Mövzu ilə bağlı rəsmi təsdiq və ya təkzib verildiyi təqdirdə, əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.

 

GünAzTV
R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar