SON XƏBƏRLƏR

Təcili | Yaxın Şərq səması bağlandı – Avstraliyadan kütləvi uçuş ləğvləri

2026.03.01, 07:31
Təcili | Yaxın Şərq səması bağlandı – Avstraliyadan kütləvi uçuş ləğvləri

Gunaz.tv

Son günlər İrana qarşı həyata keçirilən hücumlardan sonra bölgədə gərginliyin artması fonunda Avstraliyadan Yaxın Şərqə olan uçuşlar kütləvi şəkildə ləğv edilib. Bir sıra iri hava yolları şirkətləri reyslərin müvəqqəti dayandırıldığını açıqlayıb.

Yayılan məlumatlara əsasən, Dubay və Əbu-Dabi hava limanları, eləcə də Körfəz bölgəsində yerləşən bir neçə beynəlxalq hava limanı müvəqqəti olaraq bağlanıb. Qərardan sonra Sidney, Melburn və Brisben şəhərlərindən Dubaya planlaşdırılan əksər gecə reysləri ləğv edilib. Melburndan bir reysin hələlik cədvəldə qaldığı bildirilir. Sərnişinlərə uçuş statusunu birbaşa hava yolu şirkətindən yoxlamaq tövsiyə olunub.

Bununla yanaşı, Dohadan tranzitlə həyata keçirilən və Avstraliya üzərindən satılan bir neçə Qatar reysinin də ləğv edildiyi bildirilib.

Körfəz regionunda əsas hava limanlarının bağlanması və ardıcıl reys ləğvləri minlərlə sərnişinin planlarını pozub. Mövcud vəziyyət Yaxın Şərqdə hərbi gərginliyin daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Müşahidəçilər hesab edirlər ki, bölgədə təhlükəsizlik risklərinin davam etməsi beynəlxalq hava nəqliyyatına və regional sabitliyə ciddi təsir göstərə bilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar