SON XƏBƏRLƏR

Kürd qrupları və Amerika İrana qarşı əməliyyat barədə danışıqlar aparırlar

2026.03.04, 10:00
Kürd qrupları və Amerika İrana qarşı əməliyyat barədə danışıqlar aparırlar

İran kürd silahlı dəstələri son günlərdə ölkənin qərb hissəsindəki İran təhlükəsizlik qüvvələrinə hücum edib-etməmək və edəcəklərsə bunu necə etmək barədə ABŞ ilə məsləhətləşmələr aparıblar.

Gunaz.tv

Bu barədə "Reuters"ə üç məlumatlı mənbə bildirib.

İraq Kürdüstanının yarımmuxtar bölgəsində yerləşən İran kürd qruplaşmaları, İran ordusunu zəifləməsi ümidi ilə belə bir hücum təşkil etmək üçün uzun illərdir təlim keçirlər.

"Reuters" Amerika və İsrailin bu hücumlarının məqsədinin rejimə qarşı olan iranlılara yol açmaq olduğunu qeyd etsə də Günaz TV olaraq bildirurik ki, İran-İraq sərhəddi boyunca ölkəyə girəcək kürd silahlı dəstələri rejimə qarşı yox, Güney Azərbaycan türk xalqına qarşı fəaliyyətlər göstərəcək.

"Reuters" bildirir ki, sözü gedən əməliyyat və onun mümkün vaxtı ilə bağlı hələlik yekun qərar verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri "CNN" verib.

"Reuters" bildirib ki, CIA məsələyə münasibət bildirməkdən imtina edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar