SON XƏBƏRLƏR

Fars xəbər agentliyinin keçmiş direktoru: Növbəti lider əvvəlkinin cavanlaşmış formasıdır

2026.03.08, 21:26
Fars xəbər agentliyinin keçmiş direktoru: Növbəti lider əvvəlkinin cavanlaşmış formasıdır

Gunaz.tv

Sepahın briqada generalı və Fars xəbər agentliyinin keçmiş baş direktoru Həmidrza Moqəddəmfər dövlət televiziyasında çıxışı zamanı Müctəba Xameneinin adını çəkmədən belə deyib:

“Şübhəsiz ki, növbəti lider elə həmin lider olacaq, sadəcə cavanlaşmış formada. Növbəti lider cavanlaşmış həmin liderdir və yolu davam etdirəcək. Xalq və bütün dünya bunu görəcək.”

Əli Xameneinin övladları arasında Müctəba atasına ən çox bənzəyən şəxs kimi tanınır. O, Əli Xameneinin ikinci oğludur və ABŞ ilə İsrailin son hücumları nəticəsində həyat yoldaşını öldürülüb.

Bundan əvvəl onun tərəfindən böyük maliyyə vəsaitlərinin Avropa ölkələrinə köçürüldüyü barədə məlumatlar yayılmışdı.

“Bloomberg”in araşdırma hesabatına əsasən, Müctəba Xamenei ilə əlaqəli olan Avropa və Yaxın Şərqdə yerləşən daşınmaz əmlak və investisiya şəbəkəsi müəyyən edilib. Bu aktivlərin müxtəlif şirkətlər və vasitəçilər vasitəsilə idarə olunduğu bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar