SON XƏBƏRLƏR

Təbrizdə hərbi mərkəzlər vuruldu

2026.03.10, 20:19
Təbrizdə hərbi mərkəzlər vuruldu

ABŞ və İsrail hərbi hava qüvvələri bu gün güntorta saatlarında Təbriz şəhərində ikinci dəfə hökumət binaları və hərbi mərkəzləri hədəf alıblar.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində SEPAH-ın 31-ci Aşura Diviziyasının qərargahı, Ərteş prospektində yerləşən polis alayının və xüsusi qüvvələrin binası məhv edilib.

Bununla yanaşı Kücüvar bölgəsində SEPAH kazarması, Təbrizin qərbində yerləşən hərbi airodrom və həmin bölgəyə yaxın ərazidə yerləşən bir neçə hərbi baza hədəf alınıb.

Dağıntıların miqyasının geniş olduğu bildirilsə də, insan tələfatı barədə məlumat əldə etmək mümkün olmayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar