SON XƏBƏRLƏR

İranda türkmənlər yaşayan bölgələrdə nəzarət artırılıb

2026.03.11, 10:00
İranda türkmənlər yaşayan bölgələrdə nəzarət artırılıb

Yerli sakinlərin dediyinə görə, ABŞ və İsrailin zərbələri ilə başlayan müharibə onlara dolayısı ilə təsir göstərib. 

Gunaz.tv

Təhlükəsizlik tədbirləri sərtləşdirilib, qiymətlər kəllə-çarxa qalxıb. Buranın əhalisi isə onsuz da yoxsuldur, icma liderlərini isə mərkəzi hökumət yola vermir.

Ancaq müharibə demokratiya və bərabərliyə ümid hissi də gətirib.

Bununla bağlı "Azad Avropa" radiosunun özbək xidmətinin müxbiri Zamirə Eşanova yazıb.

"Yaşadığım yeri bombalamırlar", – Gümbəd şəhərindən dövlət qulluqçusu Nurməhəmməd radioya deyib. Bircə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Xəzər dənizinə yaxın radar stansiyasına hücum olub.

Ancaq o, təhlükəsizlik qüvvələrinin, yoxlama məntəqələrinin sayının xeyli artdığını bildirib.

Kəlalə şəhərindən tələbə Ayxan da eyni şeyi danışır. "Demək olar, hər bir şəhərdə yoxlama məntəqəsi var, yarımhərbi qüvvələr silahlanıb. Maşınları, hətta mobil telefonları daim yoxlayırlar", – o əlavə edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar