SON XƏBƏRLƏR

İranın bir neçə bölgəsində partlayışlar və şəhərlərə qoşun yerləşdirilməsi barədə məlumatlar yayılır

2026.03.12, 11:36
İranın bir neçə bölgəsində partlayışlar və şəhərlərə qoşun yerləşdirilməsi barədə məlumatlar yayılır

İranın müxtəlif şəhərlərində partlayışlar eşidilib və şəhərlərə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi müşahidə olunub.

Gunaz.tv

Məlumata görə, gecə saat 02:00 radələrində Kərəc şəhərinin Əzimiyyə rayonunda bir neçə güclü partlayış eşidilib. Kaşan şəhərinin sakinləri isə saat 04:00 radələrində çoxsaylı partlayışların baş verdiyini bildiriblər. Liman şəhəri Bəndər Sirikdə gecə saat 01:00 radələrində hücumun baş verdiyinə dair də xəbərlər var.

Əhvaz şəhərində isə səhər saat 07:00 radələrində şəhərin quzey hissəsində beş partlayış qeydə alınıb. Şahidlər partlayışların 92-ci Zirehli Diviziyanın yerləşdiyi ərazi ilə əlaqəli ola biləcəyini bildiriblər. Qırıcı təyyarələrin səsi eşidildikdən sonra şəhərin güney hissəsində daha üç partlayışın baş verdiyi bildirilib. Həmçinin şahidlər Qeşm adasında hava hücumundan müdafiə sistemlərinə raket zərbəsi endirildiyini qeyd ediblər.

Şahidlərin məlumatlarına görə, təhlükəsizlik qüvvələri mülki obyektlərdə də yerləşdiriliblər. Lahican şəhərindəki Təxti stadionunda təhlükəsizlik qüvvələrinə məxsus texnikanın olduğu bildirilir. Şiraz şəhərində isə şahidlər İmam Rza məktəbinin Bəsic qüvvələri üçün baza kimi istifadə edildiyini bildiriblər.

Malayer şəhərində isə şahidlərin sözlərinə görə, SEPAH qüvvələri Sepah meydanındakı bazalarından Ebtekar Texniki Məktəbinə (Parastar bulvarı) hərəkət ediblər və təhlükəsizlik qüvvələrinin Sədi küçəsi boyunca müxtəlif məntəqələrdə toplandığı müşahidə olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar