SON XƏBƏRLƏR

İranda müharibəyə görə 195 nəfər həbs edildi

2026.03.12, 15:03
İranda müharibəyə görə 195 nəfər həbs edildi

ABŞ və İsrailin İrana hücumları ilə eyni vaxtda ölkənin müxtəlif şəhərlərində 195-dən çox vətəndaş həbs edilib. 

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Həbslər Tehran, İslamşəhr, Təbriz, Rizvanşəhr şəhərlərində və Xuzistan, Kürdüstan, Loristan, Kohgiluye və Boyer-Əhməd əyalətlərində baş verib.

Saxlanılanlara qarşı "kiberməkanda fəaliyyət və xarici mediaya material göndərmək", "ictimai rəyi çaşdırmaq", "xarici media ilə əməkdaşlıq etmək", "xarici ölkələr üçün casusluq və məlumat toplamaq", eləcə də "ictimai təhlükəsizliyi pozmağa cəhd etmək" kimi ittihamlar irəli sürülüb.

Məlumata görə, bundan başqa ötən gün Yəzd əyalətində də eyni ittihamlara görə bir neçə nəfər saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar