SON XƏBƏRLƏR

İranda müharibə ilə yanaşı repressiyalar da artıb - BMT

2026.03.13, 16:36
İranda müharibə ilə yanaşı repressiyalar da artıb - BMT

BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası İranda insan hüquqları vəziyyətinin davam edən müharibə və daxili böhran fonunda təhlükəli şəkildə pisləşdiyi barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası yeni hesabatında İran vətəndaşlarının müharibə, dövlət repressiyaları və geniş yayılmış insan hüquqları pozuntuları arasında görünməmiş bir vəziyyətdə olduğunu açıqlayıb.

Hesabatda hərbi münaqişələr və artan təhlükəsizlik təzyiqləri ilə yanaşı, İranda insanlığa qarşı cinayətlər riskinin artdığı və dövlət repressiyalarını dayanmadığı, əksinə gücləndiyi bildirilib.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı hərbi silahlardan və ov tüfənglərindən istifadə edib və nəticədə çox sayda etirazçı ölüb və yaralanıb. İnternetin geniş şəkildə bağlanması da basqıları gizlətmək və insanların informasiyaya çıxışını məhdudlaşdırmaq üçün bir vasitə kimi təsvir edilib.

Fakt araşdırma missiyası həmçinin bəhailər də daxil olmaqla dini azlıqlara qarşı artan təzyiq, edamların sayının artması, geniş yayılmış həbslər və işgəncə və saxlanılanların zorla yoxa çıxması riski barədə məlumat verib.

Hesabatın digər bir hissəsində məcburi hicabla əlaqədar qadın və qızlara qarşı repressiyalara toxunulur və bir çox qadının hicab geyinmədiklərinə görə təqib, həbs və zorakılığa məruz qaldığı bildirilir.

Hesabatda həmçinin transmilli repressiyaların genişlənməsinə də işarə edilir və deyilir ki, İran hökuməti xaricdəki müxaliflərə və tənqidçilərə ailələri hədələmək, həbs etmək və ya təsir göstərməklə təzyiq göstərməyə çalışır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar