SON XƏBƏRLƏR

Netanyahu: İranın nüvə alimləri öldürüldü

2026.03.14, 00:34
Netanyahu: İranın nüvə alimləri öldürüldü

İsrailin baş naziri Benyamin Netanyahu bu gün açıqlayıb ki, İsrailin son hava hücumları zamanı İranın bir neçə yüksək səviyyəli nüvə alimi həlak olub və bu əməliyyat İran xalqı üçün yeni azadlıq yolunu açır.

Gunaz.tv

İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib ki, İsrail İranın nüvə proqramına ağır zərbələr vurub. O, vurğulayıb ki, bu hücumlar nüvə silahlarının inkişafına cavabdeh olan yüksək səviyyəli alimləri hədəfə alıb, onların məqsədi İsraili məhv etmək olub.

Netanyahu deyib: «Bu şəxslər artıq yoxdur və hazırda onlardan bir neçəsi daha hədəfə alınıb.»

Daha sonra o, birbaşa İran xalqına müraciət edib: «Yeni azadlıq yolunun başlanğıcı yaxındadır. 47 ildir sizi girov saxlayan terror rejimi çökür.»

Netanyahu əlavə edib ki, İranın gələcəyi nəhayət öz xalqının əlinə keçəcək və qərarı onlar verəcək: ölkələri azad olacaq, yoxsa yox. O bildirib: «Bu hücumlar İsrailin İranın nüvə və hərbi imkanlarını tam məhv etmək üçün geniş əməliyyatının bir hissəsidir və ölkədə köklü dəyişiklik üçün əsas şərait yaradıb.»

 

GünAzTV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar