SON XƏBƏRLƏR

Təbrizdə hərbi təyinatlı sənaye müəssisələri bombalanıb

2026.03.14, 10:33
Təbrizdə hərbi təyinatlı sənaye müəssisələri bombalanıb

İsrail Hərbi Hava Qüvvələri bu gün yerli vaxtla səhər saat 08:35 və 08:45 radələrində Təbrizin qərb bölgəsinə hava hücumları edib.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, iki mərhələdə həyata keçirilən hava hücumu zamanı 8 güclü partlayış baş verib.

Hücumların "Bonyan dizel", "İdem" və "Traktorsazi" sənaye müəssisələrinə edildiyi bildirilib.

Həmin müəssisələrdə dron və raket hissələrinin istehsal edildiyi qeyd olunub.

Hücumlarla eyni vaxtda qeyd olunan bölgələrdə elektrik enerjisinin verilişi də tamailə kəsilib.

Qeyd edək ki, İsrail müdafiə Qüvvələri (ÇAXAL) hücumlardan bir neçə saat əvvəl təbrizlilərə adı çəkilən bölgələri tərk etmək barədə xəbərdarlıq etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar