SON XƏBƏRLƏR

İranın atdığı raket bir fələstinlini öldürdü

2026.03.16, 20:33
İranın atdığı raket bir fələstinlini öldürdü

“Fələstinin müdafiəçisi” raketlə fələstinlini vurdu.

Gunaz.tv

Əbu-Dabi media ofisi bildirib ki, Əl-Bahiyə bölgəsində hərbi avtomobilin üzərinə raket düşüb və nəticədə bir fələstinli vətəndaş həyatını itirib.

Məlumata görə, hadisə Yaxın Şərqdə davam edən müharibənin üçüncü həftəsinə təsadüf edir və regionda gərginlik hələ də yüksək səviyyədə qalır.

Günaz TV-nin məlumatına görə, iki həftədən artıqdır davam edən müharibə fonunda İranın region ölkələrinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları davam edir.

Bildirilib ki, raket hərbi avtomobilin üzərinə düşüb və hadisə nəticəsində bir fələstinli vətəndaş ölüb.

İran hakimiyyəti uzun illərdir özünü fələstinlilərin “ən böyük müdafiəçisi” kimi təqdim etsə də, son hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi bu hadisəni ciddi ziddiyyət kimi qiymətləndirib.

Hadisə regionda davam edən qarşıdurma və İranın həyata keçirdiyi raket hücumlarının nəticələri barədə yeni müzakirələrə yol açıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar