SON XƏBƏRLƏR

İranda vurulan hədəflərin sayı 6000-ə çatdı

2026.03.17, 07:48
İranda vurulan hədəflərin sayı 6000-ə çatdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın Mərkəzi Komandanlığı bildirib ki, İranla hərbi qarşıdurmanın on yeddinci günündə ölkə ərazisində 6 mindən çox nöqtə hava hücumlarına məruz qalıb və hakimiyyətin hərbi potensialı ciddi şəkildə zəiflədilib.

Bu hərbi qurumun yaydığı son hesabatda qeyd olunur ki:

- ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcıları, eləcə də dəniz piyadalarının hava bölmələri bu müddətdə minlərlə əməliyyat uçuşu həyata keçirib.

- Silah anbarları, əməliyyat bazaları, logistika mərkəzləri və raket proqramı ilə bağlı obyektlər daxil olmaqla çoxsaylı hərbi infrastruktur hədəfə alınıb.

- İranın dəniz qüvvələrinin bir hissəsi də bu hücumlar zamanı ciddi zərər görüb, bir sıra hərbi gəmilər və dəniz əməliyyatları üçün istifadə olunan texnika sıradan çıxarılıb.

- İranın Cənubi strateji əhəmiyyətli bölgələrindən birində onlarla hərbi obyekt vurulub. Bu əməliyyat zamanı Sepah qüvvələrinin istifadə etdiyi infrastruktur və hərbi avadanlıqların saxlanıldığı mərkəzlər hədəf alınıb.

- Hücumlar nəticəsində İranın hərbi imkanları bəzi sahələrdə nəzərəçarpacaq dərəcədə azalıb və əməliyyat infrastrukturu ciddi zərbə alıb.

- ABŞ və İsrail qüvvələri İranın hava məkanında geniş üstünlük əldə edib və hərbi əməliyyatlar davam edir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar